Renat Dadaşov "Bazel"lə matçın start heyətində

17:40 - 11 Sentyabr 2022

Futbol üzrə İsveçrə Super Liqasında VIII turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Bazael"in qonağıdır.

 

Bakı vaxtilə saat 18:30-da start götürəcək qarşılaşmanın heyətləri açıqlanıb. Renat Dadaşov oyuna əsas heyətdə başlayacaq.

 

Qeyd edək ki, 7 turdan sonra 12 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti