Renat Dadaşov sarı vərəqə gördü, komandası "Bazel"ə uduzdu

20:26 - 11 Sentyabr 2022

İsveçrə Super Liqasında 8-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" səfərdə "Bazel"in qonağı olub. Qarşılaşma meydan sahiblərinin 5:1 hesalı qələbəsiylə başa çatıb.

 

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard oyuna start heyətdə başlayıb və 64-cü dəqiqədə əvəzlənib. O, %?-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb.

 

8 turdan sonra 12 xal toplayan "Qrasshopper" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Xəbər xətti