"Qarabağ"ın rəqibi heç-heçə etdi

21:59 - 18 Sentyabr 2022

Futbol üzrə Fransa çempionatında 8-ci turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Nant" doğma meydanda "Lans"ı qəbul edib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

 

8 turdan sonra 7 xal toplayan "Nant" turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ" Avropa Liqası qrup mərhələsinin ikinci turunda Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub edib.

Xəbər xətti