"Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq

12:17 - 5 Oktyabr 2022

Avropa Liqasının G qrupunun 3-cü turunun Pireydə keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçında anşlaq olacaq.

Sportal.az "gazzetta.gr" portalına istinadən xəbər verir ki, 32 min azarkeş tutuma malik “Georgios Karaiskakis” stadionunda keçiriləcək oyuna biletlər aktiv şəkildə tükənməkdədi.

Bütün biletlərin bu gün içərisində bitəcəyi ehtimal olunur. 

UEFA-nın bir neçə gün əvvəl verdiyi qərara əsasən stadionun şimal tribunası "Olimpiakos" azarkeşləri üçün bağlı olacaq.

"Olimpiakos" - "Qarabağ" oyunu oktyabrın 6-da adıçəkilən stadionda Bakı vaxtı ilə saat 23:00-da oynanılacaq.

Xəbər xətti