Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda "Napoli"ni qəbul edən "Ayaks" evdə rəqibinə 1:6 uduzub.
Sportal.az "The Times"a istinadən xəbər verir ki, Niderland klubu evdə neapollulara uduzmaqla antirekorda imza atıb. Belə ki, amsterdamlılar 1964-cü ildən bu yana ən böyükhesablı məğlubiyyətə uğrayıb.
Komanda son dəfə 58 il bundan qabaq daxili çempionatda "Feyenoord"a 4:9 uduzmuşdu.