Xabi Alonso Bundesliqa klubunun baş məşqçisi oldu

21:23 - 5 Oktyabr 2022

Almaniyanın "Bayer" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Leverkuzen təmsilçisini Xabi Alonso çalışdıracaq. Bu barədə Bundesliqa klubunun mətbuat xidməti məlumat yayıb.

 

40 yaşlı mütəxəssislə 2024-cü ilin yayında kimi nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Xabi Aonso son olaraq "Real Sosyedad"ın B komandasının baş məşqçisi olub.

Xəbər xətti