Əli Səmədov "Kəpəz"ə qələbə qazandırdı - VİDEO

22:32 - 19 Oktyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda VIII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, "Kəpəz-2" doğma meydanda "Səbail-2"ni qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.

 

Xallarını 10-a yüksəldən "Kəpəz-2" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Səbail-2" isə 12 xalla 5-ci yerdədir.

 

"Kəpəz-2" - "Səbail-2" 2:1

Qollar: Nicat Verdiyev, 82, Əli Səmaədov, 90+2 - Elvin Vəliyev, 74

 

Xəbər xətti