Rauf Əliyev qol vurdu, "Kəpəz" qalib gəldi - VİDEO

18:57 - 1 Noyabr 2022

Futbol üzrə Azərbaycan I Divizionunda X tura start verilib.

 

Sportal.az xəbər verir ki, bu gün "Kəpəz-2" doğma meydanda "Zaqatala"nı qəbul edib. Qarşılaşma Gəncə təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 14-ə yüksəldən "Kəpəz-2" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Zaqatala" isə 10 xal toplayıb və 10-cu yerdədir.

 

"Kəpəz-2" - "Zaqatala" 2:1

Qollar: Rauf Əliyev, 36 (pen), Cavad Kərimov, 68 - Emin Quliyev, 64

 

Xəbər xətti