Nazarov oynadı, komandası "Borussiya"ya qalib gəldi

12:57 - 12 Noyabr 2022

Almaniya 3-cü Bundesliqasında 17-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun formasını geyindiyi "Ertsebirge" səfərdə Dortmund "Borussiya"sının ikinci komandası ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Dmitri Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. 32 yaşlı yarımmüdafiəçi oyuna start heyətdə başlayıb və 90 dəqiqə meydanda qalıb.

 

Xallarını 14-ə yüksəldən "Ertsebirge" turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.

Xəbər xətti