"Neftçi" "Qəbələ" ilə matça itkilərlə çıxacaq

13:34 - 12 Noyabr 2022

"Neftçi" Azərbaycan Premyer Liqasının 14-cü turunda doğma meydanda "Qəbələ" ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu matça itkilərlə çıxacaq. Zədələrini sağaldan Eddi İsrafilovla Azər Əliyev komanda ilə məşqlərə qoşulublar. Lakin onların "Qəbələ" ilə görüşdə meydana çıxacaqları gözlənilmir. Fərid Yusifli müalicəni bitirmək üzrədir. O, növbəti həfdə fərdi məşqlərə başlayacaq. 

 

Qeyd edək ki. "Neftçi" - "Qəbələ" qarşılaşması bu gün saat 18:30-da "Bakcell Arena"da keçiriləcək.

Xəbər xətti