"Azərbaycan yaxşı komandadır və əla formadadırlar"

17:27 - 19 Noyabr 2022

Şimali Makedoniya milli komandası sabah yoldaşlıq oyunu çərçivəsində Azərbaycanı qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında yığmanın baş məşqçisi Blaqoya Milevski açıqlama verib:

 

"Bu günlərdə hər kəs skautluq edir, rəqib haqda mümkün qədər çox məlumat toplamaq üçün hər şeyi edir. Biz necəyiksə, rəqib də elədir. Ümid edirəm ki, Azərbaycanla oyunda müsbət nəticə qazanacağıq. Azərbaycan yaxşı komandadır və əla formadadırlar. Heyətdə dəyişikliklər olacaq. Kimin oynayacağını görəcəyik".

Xəbər xətti