ABŞ millisinin aparıcı üzvü 1/8 finalda oynayacaq

12:09 - 30 Noyabr 2022

ABŞ millisinin yarımmüdafiəçisi Kristian Puluşiçin DÇ-2022-nin qrup mərhələsinin üçüncü turunun İranla (1:0) oyununda zədələnib.

Sportal.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun zədəsi o qədər də ciddi deyilmiş.

Matçdan sonra sonra xəstəxanaya göndərilən Pulusiçə orada diaqnoz qoyulub.

Futbolçunun çanaq sümüyü əzilib. Lakin o, tezliklə məşqlərə başlayacaq və ABŞ millisinə 1/8 finalda kömək edəcək. 

 

Xəbər xətti