Kosta-Rika millisinin qapıçısı Keylor Navas DÇ-2022-də Almaniyaya uduzduqları görüşü şərh edib.
Sportal.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, təcrübəli qolkiper 2:4 hesablı məğlubiyyət barədə bunları deyib:
"İlk oyunda İspaniyaya 0:7 uduzduqdan sonra geridönüş etmək asan deyil. Məqsədə çatmadığımıza görə şad deyilik. Ancaq söhbət yüksək səviyyəli oyunlardan gedir. Kosta-rikalıların xarakterini, mentalitetini göstərdik. Növbəti mərhələyə keçmək üçün bir neçə epizodumuz çatışmadı. Biz göstərdiyimiz səylərlə fəxr edə bilərik. Biz həm də fəxr edirik ki, Kosta-Rika ardıcıl üçüncü dünya çempionatında mübarizə aparır. Ölkəni inkişaf etdirmək üçün belə matçlara ehtiyacımız".