İspaniya millisinin yeni baş məşqçisi təqdim olundu

18:17 - 12 Dekabr 2022

İspaniya milli komandasının yeni baş məşqçisi rəsmən müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "qırmızı furya"nı Luis de la Fuente çalışdıracaq. İspaniya Futbol Federasiyası bu gün 61 yaşlı mütəxəssisi ictimaiyyətə təqdim edib. Onunla 2024-cü ilədək nəzərdə tutulan müqavilə imzalanıb.

 

Qeyd edək ki, Luis de la Fuentenin son iş yeri İspaniyanın U-21 yığması olub. O, əsas millidə bir neçə gün əvvəl istefaya göndərilən Luis Enrikeni əvəz edib.

Xəbər xətti