"Kəpəz"in qış hazırlıq planı bəlli oldu

21:40 - 27 Dekabr 2022

Qış fasiləsi üçün istirahətə buraxılan "Kəpəz" məşqləri gələn ilin ilk günlərində bərpa edəcək.

Sportal.az xəbər verir ki, hazırlıq planına əsasən, yanvarın 2-də Gəncədə bir araya gələcək komanda üzvləri ayın 5-ə kimi burada məşq edəcəklər. “Sarı-göylər” təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaqlar. Tərlan Əhmədovun yetirmələri 7-19 yanvar tarixlərində qardaş ölkədə hazırlıq keçəcəklər. Toplanış Antalyanın Bələk qəsəbəsində reallaşacaq.

Hazırlıq prosesinin Türkiyə hissəsi ilə bağlı daha geniş informasiya qarşıdakı günlərdə veriləcək.

Xəbər xətti