"Murov"dan növbəti qələbə

18:56 - 27 Yanvar 2023

Kişi voleybolçular üzrə Azərbaycan Yüksək Liqasında III tura yekun vurulub.

 

 

Sportal.az xəbər verir ki, turun sonuncu oyununda "Murov" "Xarı bülbül"lə üz-üzə gəlib. Qarşılaşma "Murov"un 3:0 (25:11, 25:18, 25:17) hesablı qələbəsi ilə başa çatıb.

 

Bu nəticədən sonra xallarının sayını 9-a çatdıran komanda liderliyini möhkəmləndirib. "Xarı bülbül" 3 xalla ikinci sıradadır.

Xəbər xətti