Ovusunun "Ferentsvaroş"a keçidi "Qarabağ"a bu qədər qazandırdı

11:02 - 31 Yanvar 2023

"Qarabağ"ın Ovusu Kvabenanın "Ferensvaroş"a keçidindən qazandığı məbləğ açıqlanıb.

Sportal.az xəbər verir ki, "Transfermarkt" portalı Ağdam klubunun 25 yaşlı hücumçunu 300 min avroya (təxminən 550 min manat) satdığını yazıb.

Xatırladaq ki, qanalı forvard 2020-ci ildə "Leqanes"dən ayrılaraq "Qarabağ"a keçmişdi. O, 2021/22 mövsümünü isə icarə əsasında həmin vaxtı Türkiyənin birinci liqa təmsilçisi olmuş "Ankaragücü"ndə keçirmişdi. 

 

Xəbər xətti