"Milan"ın forvardının İngiltərəyə qayıdışı baş tutmadı

14:55 - 1 Fevral 2023

"Milan"ın fransalı hücumçusu Olivye Jiru Premyer Liqaya qayıtmaqdan imtina edib.

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, forvard "Everton"dan rəsmi təklif alıb.

Amma 36 yaşlı forvardın Premyer Liqa klubuna keçidi yüksək bonus istəməsi səbəbindən baş tutmayıb.

Üstəlik, o, Mersisayd klubu ilə müqavilə imzalasaydı, ikinci ildə fransalının maaşı avtomatik olaraq 8,4 milyon avro civarında olmalı idi. 

Fransa millisinin hücumçusu "Arsenal" və "Çelsi" klublarında çıxış edib.

 

Xəbər xətti