SOCAR-ın prezidenti Qurban Qurbanovu "Neftçi"də görmək istəyir

20:55 - 7 Fevral 2023

SOCAR-ın prezidenti və "Neftçi"nin Müşahidə Şurasının yeni sədri Rövşən Nəcəf maraqlı fikrə düşüb.

 

Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, o, Qurban Qurbanovu paytaxt klubuna qaytarmaq istəyir.

 

Neft şirkətiinin rəhbəri bu barədə arzusunu yaxın çevrəsinə bildirib. Nəcəf 14 ildən artıqdır "Qarabağ"ı çalışdıran təcrübəli mütəxəssisi yenidən "Neftçi"də görmək niyyətində olduğunu söyləyib.

 

Qurbanov 2006-cı ilin yayında "ağ-qaralar"ın sükanı arxasına keçib və 2008-ci ilin əvvəlində buradan ayrılıb.

 

SOCAR-ın prezidenti əmin olduğunu deyib ki, o, təkrar qayıdışa razılıq versə, "Neftçi"nin həyatında ən parlaq dönəm başlayacaq.

Xəbər xətti