Bu klublar "Mançester Siti"nin Premyer Liqadan uzaqlaşdırılmasını tələb edir

17:26 - 8 Fevral 2023

İngiltərə Premyer Liqasının beş klubu "Mançester Siti"nin turnirdən uzaqlaşdırılmasını tələb edir.

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, buna səbəb "şəhərlilər"in çoxsaylı maliyyə pozuntularında ittiham olunmasıdır. 

Həmin klublar arasında "Mançester Yunayted”, “Arsenal”, “Çelsi”, “Tottenhem” və “Liverpul”un adı var. 

Xatırladaq ki, "Mançester Siti" hazırda Premyer Liqada ən yüksək büdcəsi olan klubdur (1,05 milyard avro).

Xəbər xətti