Mahir Emrelinin durumu bəlli oldu

18:30 - 20 Mart 2023

Zədə səbəbindən milli komandamızın heyətindən kənarlaşdırılan Mahir Emrelinin durumu bəlli olub.

Sportal.az xəbər verir ki, 26 yaşlı hücumçunun qasıq nahiyəsində zədə aşkarlanıb. Mahir bir həftə fizioterapevt nəzarəti altında məşq edəcək. O, Türkiyə Super Liqasının növbəti turunun "Ümraniyespor"la matçına hazır olacaq.

Qeyd edək ki, Mahir Emreli Azərbaycan yığmasının Avro-2024-ün seçmə mərhələsində Avstriya və İsveçlə oyunlarında iştirak etməyəcək.

Xəbər xətti