"Azərbaycan millisinə özünə gəlmək üçün imkan verməməliydik"

14:17 - 25 Mart 2023

Avstriya milli komandasının yarımmüdafiəçisi Kristof Baumqartner AVRO-2024-ün F qrupunun açılış matçında Azərbaycan yığması üzərində Lintsdə qazandıqları qələbəni (4:1) şərh edib.

Sportal.az xəbər verir ki, “OE24”ə danışan avstriyalı oyunçu millimizin vurduğu qol haqda da fikirlərini söyləyib:

"Stadiondakı atmosfer əla idi. Yığmanın oyununu elə bu cür belə təsəvvür edirdim - dolu tribunalar və yaxşı oyun. Hesab 3:0 öndə olanda Azərbaycan millisindən qol buraxdıq. Belə olmamalı idi. Azərbaycan millisinə özünə gəlmək üçün imkan verməməliydik. Növbəti dəfə bunu nəzərə almaq lazımdır. İşin yarısı tamamlanıb, indi Estoniya ilə oyunu gözləyirik".

Xəbər xətti