"Turan Tovuz" üçün ciddi itki - FOTO

16:15 - 31 Mart 2023

Misli Premyer Liqasının 28-ci turu "Turan Tovuz" - "Sumqayıt" matçı ilə start götürüb.

Sportal.az xəbər verir ki, hazırda davam edən görüşdə ev sahibi ciddi itki ilə üzləşib.

Belə ki, "Turan Tovuz"un aparıcı üzvü Piruzi Marakvelidze zədənərək oyunu yarımçıq tərk edib. 

Onun əvəzinə isə meydana Turan Vəlizadə daxil olub.

Hazırda "Turan Tovuz" rəqibinə 2:1 qalib gəlir.

Xəbər xətti