Lionel Messi DÇ-2026-da oynayacaq?

22:30 - 31 Mart 2023

PSJ-nin futbolçusu Lionel Messinin yeni mövsüm üçün də Paris klubunda qalacağı böyük ölçüdə dəqiqləşib.

Sportal.az xəbər verir ki, gələn mövsüm PSJ-də qalacaq Messi bundan sonra 2026-cı il dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün MLS klubuna keçəcək.

Daha əvvəl argentinalının “Barselona”ya qayıtmaq üçün maaşını azaltmağa hazır olduğu bildirilirdi.

Amma sonradan bəlli oldu ki, o, PSJ-də qalacaq və 2024-cü ildə “İnter Mayami”yə keçəcək.

35 yaşlı futbolçu 2026-cı ildə keçiriləcək dünya çempionatında iştirak etmək istədiyini millinin məşqçilər korpusuna bildirib.

Xəbər xətti