"Qarabağ"da çox qol vuracağıma inanıram"

11:13 - 1 Aprel 2023

"Qarabağ"ın albaniyalı hücumçusu Redon Cica Azərbaycan Premyer Liqası ilə bağlı təəssüratlarını bölüşüb.

Sportal.az xəbər verir ki, ölkəsinin "Shqiptarja.com" portalına açıqlama verən Cica Ağdam klubundakı məqsədlərindən də söz açıb:

"Mən belə səmimi qarşılanmağı gözləmirdim. Ansi Aqolli burada əfsanədir. Heyran oldum. Burada daha çox sürətli futbol oynayırlar. Bu, bizimlə Azərbaycan arasında böyük fərqdir. "Qarabağ"da çox qol vuracağıma inanıram. Bu, hər bir hücumçunun istəyidir. Uğurlu çıxış edərək daim start heyətində meydana çıxmaq niyyətindəyəm".

Xəbər xətti