"Zaqatala"sız Premyer Liqa olmaz! - VİDEO

17:50 - 15 May 2023

Gələn mövsüm Azərbaycan Premyer Liqasında 12 klubun mübarizə aparacağı ilə bağlı xəbərlər yayılmaqdadır.

Hətta qeyd edilir ki, çari çempionatı heç bir komanda tərk etməyəcək, bura daha 2 yeni iştirakçı cəlb olunacaq.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov deyib ki, belə olacağı təqdirdə, namizədi "Zaqatala"dır:

"Niyə "Zaqatala"? Çünki onu idarə edənlər futbol adamalarıdır, hansısa bir sahədən kluba təyin edilənlər deyil.

Şəhər özü futbolla nəfəs alır. Klubun prezidenti Musa Qurbanov həyatını futbola sərf edən şəxsdir.

Nəyi, necə və nə zaman edəcəyini ondan yaxşı bilən olmaz. Ona görə də Premyer Liqada yeni region komandası olacaqsa, təklifim və namizədim "Zaqatala"dır".

 

Xəbər xətti