"Bavariya" dünya çempionunu transfer etmək istəyir

19:14 - 24 May 2023

"Mançester Siti"nin hücumçusu Julian Alvares karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Sportal.az xəbər verir ki, argentinalı futbolçunun xidmətində "Bavariya" maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb. Münhen təmsilçisi 23 yaşlı forvardı yay transfer pəncərəsi üçün əsas hədəf olaraq müəyyənləşdirib.

Qeyd edək ki, "Mançester Siti" Julian Alvaresi mövsümün əvvəlində "River Pleyt"dən transfer edib. Argentina millisi ilə dünya çempionu olmuş hücumçu "şəhərlilər"in heyətində meydana çıxdığı 47 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti