"Milan" Fransadan hücumçu gətirəcək

17:55 - 25 May 2023

"Lans" və Belçika millisinin hücumçusu Loi Openda karyerasını İtaliya A Seriyasında davam edə bilər.

Sportal.az "Pianeta Milan"a istinadən xəbər verir ki, 23 yaşlı hücumçu "Milan"ın transfer siyahısındadır. Belçikalının meneceri artıq "rossonyerlər"lə danışığa başlayıb. "Brügge" yetirməsi olan forvard "Vites"də də oynayıb. Opendanın özünün də "Milan"a keçməkdə maraqlı olduğu və transferin yayda reallaşmasını istədiyi bildirilir.
 

Xəbər xətti