"Zenit"in baş direktoru: "Fənərbaxça", "Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda gözləyirik"

10:46 - 26 May 2023

"Zenit"in baş direktoru Aleksandr Medvedev klubun Sankt-Peterburqda üç xarici komandanın iştirakı ilə mövsümöncəsi yay turniri keçirmək planlarından danışıb.

Sportal.az xəbər verir ki, "Чемпионат" portalına açıqlama verən klub rəsmisi "Neftçi"nin bu turnirdə iştirakının mümkün olduğunu bildirib:

"İyulda biz "Fənərbaxça", "Srvena Zvezda" və "Neftçi"ni Sankt-Peterburqda keçiriləcək turnirdə gözləyirik".

Xatırladaq ki, turnirin konkret tarixi yaxın vaxtlarda açıqlanacaq.

 

Xəbər xətti