"Qalatasaray"dan Mertens qərarı - RƏSMİ

21:37 - 26 May 2023

Türkiyənin "Qalatasaray" klubu Dris Mertensin gələcəyi barədə qərar verib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi belçikalı hücumçunu komandada saxlayacaq. "Sarı-qırmızılar" 36 yaşlı forvardın müqaviləsinin müddətini 2024-cü ilin yayına kimi uzadıb. Bu barədə Türkiyə Futbol Federasiyasına (TFF) məlumat verilib.

Qeyd edək ki, Dris Mertens "Qalatasaray"a mövsümün əvvəlində "Napoli" ilə sözləşməsi başa çatdıqdan sonra azad agent statusu ilə keçmişdi. Təcrübəli futbolçu "cim bom"un heyətində meydana çıxdığı 31 rəsmi matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti