"Belə fürsət bir dəfə ələ düşər"

23:12 - 27 May 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola mövsümü üç titulla başa vurmaq şanslarını dəyərləndirib.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, ispan mütəxəssis hədəflərinə çatmaq üçün yaxşı fürsətlərinin olduğunu söyləyib:

"Belə fürsət həyatda bir dəfə ələ düşər. Rahat olmalı və həzz almalıyıq. Finallarda ən yaxşı performansımızı göstərməliyik. Belə fürsətin bir də nə vaxt ələ keçəcəyini bilmirik".

Premyer Liqada çempionluq yaşayan "Mançester Siti" İngiltərə Federasiya Kubokunda və Çempionlar Liqasında finaldadır. 

"Şəhərlilər" Federasiya Kubokunda iyunun 3-də "Mançester Yunayted"lə, ÇL-i finalında isə iyunun 10-da "İnter"lə qarşılaşacaq.

Xəbər xətti