Basketbolda Azərbaycan çempionu bəlli oldu

21:50 - 30 May 2023

Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Sportal.az xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları bu gün final seriyasının 5-ci görüşündə üz-üzə gəlib. "Sərhədçi" İdman Mərkəzində baş tutan qarşılaşma paytaxt təmsilçisinin 86:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Final seriyasında hesabı 3:2 edən "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.

Xəbər xətti