"Bakıdakı məğlubiyyət bizi şoka saldı"

12:29 - 1 İyun 2023

"Aris"in(Limassol) yarımmüdafiəçisi İvan Pankov ötənilki Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyununda "Neftçi"yə məğlubiyyəti (0:3) xatırlayıb.

Sportal.az xəbər verir ki, "gong.bg" portalına açıqlama verən bolqarıstanlı futbolçu Bakıda nəticədən sona şoka düşüb:

"İlk oyunda evdə "Neftçi"yə qalib gəlsək (2:0) də, cavab oyununda 0:3 hesabı ilə uduzduq. Evdəki qələbədən sonra işin bitdiyini düşünürdük. Ona görə Bakıdakı məğlubiyyət bizi şoka saldı. Cəmi 90 dəqiqə ərzində hər şey alt-üst oldu".

Xatırladaq ki, "Neftçi" Konfrans Liqasının təsnifat mərhələsinin ikinci turunda "Aris"ə səfərdə 0:2 uduzsa da, evdə rəqibinə 3:0 qalib gələrək ikinci mərhələdə "Rapid"in(Vyana) rəqibi olmuşdu.

Xəbər xətti