"Barselona" onun komandadan getməsi üçün təzyiq göstərir

10:31 - 2 İyun 2023

“Barselona” Ansu Fatiyə komandadan getməsi üçün təzyiq edir.

Sportal.az “Sport.es”ə istinadən xəbər verir ki, Kataloniya klubu gənc futbolçunun iyunun 30-na kimi komandadan ayrılmasını istəyir.

Çünki bu tarixə qədər klub qeydiyyatla bağlı problemlərə görə iki futbolçudan yaxa qurtarmalıdır.

Fati isə bu təzyiqə müqavimət göstərməyə çalışır. 20 yaşlı hücumçu doğma klubunda çıxışını davam etdirmək niyyətindədir.

Xəbər xətti