Emin Mahmudov: "Müqavilə o qədər də böyük problem deyil"

17:53 - 2 İyun 2023

"Neftçi"nin kapitanı Emin Mahmudov Azərbaycan Kubokunun "Qəbələ" ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.

Sportal.az 31 yaşlı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Yaxşı komandaya qarşı oynayacağıq. "Qəbələ" topla oynamağı sevir. Çalışırlar ki, daha çox topa nəzarət etsinlər. Öz oyunumuzu göstərərək, qələbə qazanmaq istəyirik. Finaldır. Hamı qazanmaq istəyir. Çalışacağıq ki, hər şeyi edək və kubok bizim olsun.

- "Qəbələ" çempionatda avrokuboklara vəsiqəni təmin etdi. "Neftçi" isə titul qazanmalıdır. Bu, təzyiq yaradır? 

- İnanmıram. "Qəbələ" də bizim kimi kuboku istəyir. Ona görə də deməzdim ki, təzyiq bizdə daha çoxdur. Hər iki tərəfdə eynidir. Bütün komandalar titul qazanmaq istəyir.

"Neftçi"də qalacaqsan? Klub rəhbərliyinə cavabını nə vaxt deyəcəksən?

- Düşünməmişəm. Mənim üçün ilk kubok finalıdır. Bütün konsentrasiyam oyunadır. Müqavilə o qədər də böyük problem deyil. İndiki məqamda kubok daha vacibdir, nəinki yeni sözləşmə məsələsi.

Mirbağırağa

Xəbər xətti