"Səbail"də növbəti ayrılıq

18:58 - 2 İyun 2023

"Səbail" daha bir futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, "dənizçilər" yarımmüdafiəçi Ruslan Hacıyevlə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçunun müddəti başa çatan müqaviləsi yenilənməyib.

"Səbail" bundan əvvəl Luvaqa Kizito, Qustavo De Fransa, Qoba Zakpa və Franko Mazureklə yolları ayırmışdı.

Xəbər xətti