"Beşiktaş"ın oyununda 7 qol - VİDEO

12:54 - 4 İyun 2023

Türkiyə Super Liqasında 37-ci turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, "Beşiktaş" səfərdə "Kasımpaşa"nın qonağı olub. Qarşılaşma "qara qartallar"ın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 77-yə yüksəldən "Beşiktaş" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 43 xal toplayan "Kasımpaşa" isə 10-cu yerdədir.

"Kasımpaşa" - "Beşiktaş" 2:5

Qollar: Aytaç Kara, 62, Rayan Donk, 86 - Gedson Fernandes, 20, Cenk Tosun, 29, Vensan Abubakar, 49, Tayfur Bingöl, 79, Atiba Hatçinson, 90+13

Xəbər xətti