Emil Mustafayevin komandası mövsümü heç-heçə ilə başa vurdu

13:58 - 5 İyun 2023

Ukrayna Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” səfərdə “Rux”un qonağı olub. Matç qolsuz heç-heçə ilə başa çatıb.

Emil Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Aleksandriya” cari mövsümü 44 xalla 16 komanda arasında 6-cı pillədə başa vurub.

Xəbər xətti