"Leo "Barselona"ya qayıtmaq istəyir"

10:44 - 6 İyun 2023

Lionel Messinin atası Xorxe Messi futbolçunun "Barselona"ya qayıtmaq istədiyini bildirib.

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına danışan Xorxe PSJ-nin yarımmüdafiəçisi barədə bunları deyib:

"Leo "Barselona"ya qayıtmaq istəyir. Bu məsələdə inkişafın olması mümkündür. Qarşıdakı günlərdə hər şeyi biləcəyik".

Xatırladaq ki, Messinin PSJ ilə müqaviləsi 2023-cü il iyunun 30-da başa çatacaq.

Xəbər xətti