"Kəpəz"dən ayrılacaq, yeni komandası da bəllidir

10:20 - 7 İyun 2023

"Kəpəz"dən daha bir futbolçu ayrılacaq. 

Sportal.az saytına verilən məlumata görə, Orxan Sadıqlı yeni mövsümə bu komandada başlamayacaq. Qolkiper də komandadan ayrılanlar sırasına qoşulacaq.

"Xəzər Lənkəran"ın sabiq qapıçısının yeni komandası da bəllidir. O, böyük ehtimalla "Sumqayıt"la rəsmi müqavilə imzalayacaq. Artıq tərəflər arasında danışıqlar yekunlaşmaqdadır. Əgər son anda problem çıxmasa, Sadıqlı yeni mövsümə məhz adıçəkilən komandada başlayacaq. 

Xəbər xətti