"Fənərbaxça"nın baş məşqçisi milli komandanı çalışdıracaq

18:13 - 7 İyun 2023

"Fənərbaxça"nın baş məşqçisi Jorje Jesus Türkiyə Kubokunun final matçından sonra komandadan ayrılacaq.

Sportal.az xəbər verir ki, portuqaliyualı məşqçinin yeni iş yeri də bəllidir. 68 yaşlı mütəxəssis Səudiyyə Ərəbistanı milli komandasını çalışdıracaq. Bu barədə "Al-Riyadiah" nəşri məlumat yayıb. Təcrübəli məşqçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Jorje Jesus 2022-ci ilin yayında "Fənərbaxça"nın baş məşqçisi təyin olunub. İstanbul təmsilçisi 37 turdan sonra Türkiyə Super Liqasında turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Komanda ölkə kubokunun finalında "Başakşehir"lə üz-üzə gələcək.

Xəbər xətti