"Mançester Siti" müdafiəçi ilə müqavilə imzaladı

16:45 - 15 Avqust 2023

İngiltərənin "Mançester Siti" klubunda yeni müqavilə qeydə alınıb.

Sportal.az xəbər verir ki, "şəhərlilər" müdafiəçi Riko Lyuisin sözləşməsinin müddətini uzadıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

18 yaşlı sağ cinah müdafiəçisi 2028-ci ilin yayına kimi Mançester klubuna məxsus olacaq.

Qeyd edək ki, Riko Lyuis "Mançester Siti"nin yetirməsidir. İngiltərəli gənc futbolçu əsas komandanın heyətində meydana çıxdığı 24 rəsmi matçda 1 qol vurub.

Xəbər xətti