"Fənərbaxça" futbolçusu Villian Arao ilə yollarını ayıracaq.
Sportal.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klublarından təkliflər alan 31 yaşlı yarımmüdafiəçi karyerasını Avropada davam etdirmək istəyir.
Braziliyalı orta xətt oyunçusununun xidmətində "Panatinaikos" maraqlıdır. Təcrübəli futbolçu Yunanıstan klubunun təklifinə isti yanaşır. Transferin 3 milyon avroya yekunlaşacağı gözlənilir.
Qeyd edək ki, "Fənərbaxça" Villian Araonu ötən ilin yayında "Flamenqo"dan transfer edib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.