Bölgə klubundan növbəti transfer

18:10 - 15 Avqust 2023

Transfer çalışmalarını davam etdirən "İmişli" heyətini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, bölgə təmsilçisi Tacikistanın "Fayzkand" klubundan azərbaycanlı futbolçu İlyas Səfərzadəni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İlyas Səfərzadə daha əvvəl "Kəpəz", AZAL və "Xəzər Lənkəran"da çıxış edib.

Qeyd edək ki, "İmişli" "Qaradağ Lökbatan"dan Nihad Tamazov, "Sumqayıt"dan Xəzər Mahmudov, "Araz-Naxçıvan"dan Həsrət İsayev, "Qarabağ"dan Rəhim Cəfərli və Ayxan Arazlını heyətinə qatıb.

Xəbər xətti