"Beşiktaş" Rusiyadan futbolçu gətirdi - RƏSMİ

20:17 - 21 Avqust 2023

Türkiyənin "Beşiktaş" klubu növbəti transferini açıqlayıb.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Rusiyanın ÇSKA klubundan Bakhtiyor Zaynutdinovu rənglərinə bağlayıb. Bu barədə "ağ-qaralar"ən mətbuat xidməti məlumat yayıb.

"Beşiktaş" qazaxıstanlı yarımmüdafiəçi üçün Moskva təmsilçisinə 4,5 milyon avro təzminat ödəyib. 25 yaşlı vinger "qara qartallar"la 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.

Xəbər xətti