İtaliyanın "İnter" klubu hücum xəttini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Milan təmsilçisi "Marsel"dən ayrılan Aleksis Sançesi rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A Seriyası təmsilçisi 34 yaşlı hücumçu ilə 2023/2024 mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Aleksis Sançes ötən ilin yayında "İnter"dən ayrılaraq "Marsel"ə keçmişdi.