"Qalatasaray"ın futbolçusu Berkan Kutlu karyerasını İtaliya A Seriyasında davam etdirəcək.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Cenoa"ya keçəcək. Bu barədə italiyalı jurnalist Canluka Di Martsio məlumat yayıb.
Türkiyə millisinin üzvü artıq İtaliyadadır. O, tibbi müayinədən keçdikdən sonra 5 illik müqaviləyə qol çəkəcək. "Sarı-qırmızılar" bu keçiddən 5 milyon avro qazanacaq.
Qeyd edək ki, "Qalatasaray" Berkan Kutlunu 2021-ci ilin yayında "Alanyaspor"dan transfer edib. O, İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 84 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.