"Sabah" Serbiyaya gedir

17:38 - 3 Sentyabr 2023

18 illik fasilədən sonra Azərbaycanı avrokuboklarda təmsil edəcək “Sabah” BK FIBA Avropa Kubokunun təsnifat mərhələsinə hazırlıqlarını davam etdirir.

Sportal.az xəbər verir ki, komanda sentyabrın 6-da hazırlıq çərçivəsində Serbiyanın paytaxtı Belqrad şəhərinə yollanacaq. Sentyabrın 18-nə kimi davam edəcək təlim-məşq toplanışı zamanı 6 yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub.

8 sentyabr. “Sabah” BK - Vrsac (Serbiya)

10 sentyabr. “Sabah” BK - “Radniçki (Serbiya)

13 sentyabr. “Sabah” BK - “OKK Belqrad” (Serbiya)

15 sentyabr. “Sabah” BK – “Borac Zemun” (Serbiya)

16 sentyabr. “Sabah” BK – “Srvena Zvezda 2” (Serbiya)

17 sentyabr. “Sabah” BK – “Zlatibor” (Serbiya)

"Sabah" "Srvena Zvezda"nın təlim-məşq bazasında hazırlıq keçəcək.

Xəbər xətti