Bu liqada avqustun ən yaxşı futbolçusu seçildi

10:34 - 21 Sentyabr 2023

Fransa Liqa 1-də avqust ayının ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, bu ada Takumi Minamino layiq görülüb.

Fransa Futbolçular İttifaqı (UNFP) “Monako”nun yarımmüdafiəçisinin ötən ayın ən yaxşı oyunçusu seçildiyini açıqlayıb.

Mükafat uğrunda mübarizədə PSJ-dən Manuel Uqarte və “Monpelye”dən Musa Əl-Tamarinin də adı olub.

Ötən ay Minamino 4 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti