"Şamaxı"dan darmadağın, "Mingeçevir" evdə uduzdu

17:29 - 21 Sentyabr 2023

Futbol üzrə Azərbaycan I Liqasında II tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün baş tutan qarşılaşmalarda aşağıdakı nəticələr qeydə alınıb:

"Şamaxı" - "Araz Saatlı" 8:0

Qollar: Cəlal Cəbrayılov, 17, 21, 34, Elşad Tağıyev, 27 (pen), Emin Zamanov, 37, Samir Məhərrəmli, 52, Elçin Qasımov, 60, Salman Ələsgərov, 89

"Mingeçevir" - "Qaradağ Lökbatan" 0:2

Qollar: Seyxan Fərəcov, 64, Urfan ismayılov, 90+4

Qırmızı vərəqələr: Elmin Bayramov, 71, Əsgər Hüseynov, 90+3

"Difai Ağsu" - "Zaqatala" 0:0

Qeyd edək ki, ilk oyun günündə MOİK "İmişli"ni 1:0 hesabı ilə məğlub edib, "İrəvan" - "Karvan" görüşündə isə qolsuz bərabərlik qeydə alınıb.

Xəbər xətti